Xabi "Real"dan bunu istədi

"Real"ın baş məşqçisi Xabi Alonso klublararası dünya çempionatında mərkəz müdafiəçisi Raul Asensionun çıxışından narazı qalıb.

Newsport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb..

Madrid təmsilçisinin çalışdırıcısı artıq klub rəhbərliyi ilə görüşüb. O, Asensionun əvəzinə yeni futbolçu transfer edilməyini istəyir. 

"Real" hazırda 3 variantı nəzərdən keçirir: İbrahima Konate (“Liverpul”), Piero İnkapi (“Bayer”) və Kristian Romero (“Tottenhem”).

Qeyd edək ki, Raul ötən ilin yayından "Real"ın əsas komandasında oynayır. Onun müqaviləsi 2026-cı ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right