"Qalatasaray" dünya çempionunu transfer etmək istəyir

"Qalatasaray" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Atletiko"da çıxış edən Rodriqo De Pauldur. Bu barədə "Tutto Mercato" məlumat yayıb.

"Qalatasaray" 31 yaşlı yarımmüdafiəçi üçün İspaniya klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Argentina millisi ilə dünya çempionu olmuş Rodriqo De Paul 2021-ci ildən "Atletiko"da çıxış edir. Onun klubla 1 illik müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right