"Beşiktaş" ingiltərəli hücumçunu transfer etmək istəyir

"Roma"nın hücumçusu Temmi Abraham karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Beşiktaş" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

İstanbul klubu yaxın zamanda Abraham üçün "Roma" ilə danışıqlara başlamağı planlaşdırır. İtalyanlar yüksək maaşı olan 27 yaşlı forvardı satmağa hazırdır.

Qeyd edək ki, "Roma" Temmi Abrahamı 2021-ci ilin yayında "Çelsi"dən 41 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm icarə əsasında "Milan"da çıxxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right