PSV-nin futbolçusu Noa Lanq İtaliyaya yollanmağa hazırlaşır.
Newsport.az xəbər verir ki, "Napoli" niderlandlı vingeri heyətinə qatmağa yaxındır. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
İtaliya klubu Lanqla razılıq əldə edib. 26 yaşlı vinger "Napoli"nin illik 2,5 milyon avroluq maaş təklifi ilə razılaşıb.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Nao Lanq ötən mövsüm PSV-nin heyətində keçirdiyi 44 oyunda 14 qol vurub, 12 qol ötürməsi edib.