UEFA-nın növbəti mövsümdə avrokuboklardan əldə etdiyi gəlir 4 milyard avronu keçəcək.
Newsport.az xəbər verir ki, bu barədə Calcio e Finanza məlumat yayıb.
UEFA 2025/26 mövsümündə Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və UEFA Superkubokundan əldə olunan gəliri 4,4 milyard avro təşkil edəcək. Bu, ötən mövsümün göstəricisi ilə eynidir.
Yarışların təşkilati və inzibati xərcləri isə 387 milyon avro olaraq qiymətləndirilir.
Bildirilir ki, bütün xərclər çıxıldıqdan sonra 3,548 milyard avro xalis gəlir qalır. 231 milyon avro (6,5%) məbləğində vəsait Avropa futbolu üçün ayrılacaq. Qalan 3,317 milyard avro isə avrokubokların əsas mərhələsində iştirak edən klublar arasında bölüşdürüləcək.
3,317 milyard avronun 2,437 milyardı Çempionlar Liqası və Superkubok iştirakçılarına, 565 milyonu Avropa Liqasının komandalarına, 285 milyonu isə Konfrans Liqasının klublarına veriləcək.