“Qalatasaray” Matvey Safonovun transferində israr edir. Fernando Muslera ilə yolları ayıran İstanbul klubu uzun müddət güvənəcəyi əsas qapıçı kimi məhz rusiyalını görür.
Newsport.az xəbər verir ki, 26 yaşlı qolkiper PSJ-dəki durumundan məmnun deyil. Canluici Donnarummanın əvəzedicisi olan Safonov daim oynayacağı klub axtarır. Bu baxımdan “Qalatasaray” əm uyğun variantdır.
Matveyi “Bornmut” da istəyir. İngiltərə klubu da rusiyalıya əsas heyət vədi verib. Amma Türkiyə təmsilçisinin Çempionlar Liqasında oynaması Safonovun seçiminə təsir edə bilər. “”Qalatasaray” ondan yekun qərarı həftə bitənədək verməsini istəyib.
Parislilərin Safonovla 2029-cu ilin yayınadək müqaviləsi var. “”Krasnodar”dan 20 milyon avroya alınan qolkiper üçün “Qalatasaray” da eyni məbləği təklif edir. Matveyin seçiinə Donnarummanın taleyi də təsir edəcək. İtaliyalı qapıçının klubu tərk etmək ehtimalı onu əsas qapıçı olmağa ümidləndirib.