"Barselona" İsveç millisinin gənc üzvü Runi Bardccini transfer etməyə yaxındır.
Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, kataloniyalıların danışıqlarda irəliləyiş əldə etdiyini və futbolçunun klubu "Kopenhagen"lə də razılığa gəlindiyi bildirib.
Razılaşma son mərhələdədir və yaxın günlərdə yekun detalların dəqiqləşdirilməsi gözlənilir. Runi iyulda "Barselona"ya keçə bilər.
Qeyd edək ki, Bardcci 2024/25 mövsümündə çarpaz bağın yırtılması səbəbindən Danimarka yüksək liqasında cəmi 5 oyun keçirib. 2023/24 mövsümündə isə 23 oyuna çıxan futbolçu 7 qol vurub