"Qalatasaray"ın futbolçusu Elias Yelert karyerasını Almaniyada davam etdirə bilər.
Newsport.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
"Volfsburq" danimarkalı sağ cinah müdafiəçisini transfer etmək istəyir. Bundesliqa klubu 22 yaşlı oyunçu üçün "sarı-qırmızılar"a satınalma bəndi ilə icarəyə götürmək təklifi edib.
Qeyd edək ki, "Qalatasaray" Elias Yelerti ötən ilin yayında "Kopenhagen"də 9 milyon avroya transfer edib. Danimarka millisinin üzvü İstanbul təmsilçisinin heyətində keçirdiyi 35 oyunda 1 qol vurub.