"Yuventus"un baş məşqçisi İqor Tudor türk futbolçusu Kenan Yıldız haqda danışıb.
Newsport.az xəbər verir ki, Türkiyə millisinin üzvü Klublararası dünya çempionatının 2-ci turunda "Vidad"la (Mərakeş) oyunda (4:1) dubl edib.
Baş məşqçi oyundan sonrakı açıqlamasında 20 yaşlı yarımmüdafiəçi haqda xoş sözlər söyləyib. O, futbolçunun qeyri-adi bacarığa malik olduğunu bildirib:
"Onun kimi oyunçular nadirdir. Çünki əsl yarımmüdafiəçi kimi çox qaçmaqla yanaşı, irəlidə də fərq yaradır. Bu, nadir istedaddır. Onun nə edə biləcəyini hamımız görmüşük. O, həm də qızıl oğlandır".
Qeyd edək ki, K.Yıldız başa çatan mövdümdə "Yuventus"da 50 oyuna 12 qol vurub, 7 qol ötürməsi edib.