"Mançester Siti"dən 6 cavabsız qol

Klublararası dünya çempionatında qrup mərhələsinin 2-ci turuna yekun vurulub.

Newsport.az xəbər verir ki, G qrupunda "Mançester Siti" Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubu ilə üz-üzə gəlib. Matç İngiltərə təmsilçisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 6-ya yüksəldən "Mançester Siti" pley-offa vəsiqəni təmin edib. Hər iki oyunda məğlub olan "Əl-Əyn" isə qrup sonuncusudur.

"Manşester Siti" - "Əl-Əyn" 6:0
Qollar: İlkay Gündoğan,  8, 73, Klaudio Eçeverri, 27, Erlinq Haland, 45+5, Oskar Bobb, 84,  Rayan Çerki, 89





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right