"Qalatasaray" ingiltərəli qapıçı üçün təklif göndərmək istəyir

Aaron Remzdeyl Türkiyə çempionu “Qalatasaray”a keçə bilər.

Newsport.az xəbər verir ki, "The Times"in məlumatına görə, İstanbul klubu ingilis qapıçını transfer etməkdə maraqlıdır. “Sautqempton”un Premyer Liqanı tərk etməsindən sonra Remzdeylin müqaviləsindəki təzminat məbləği təxminən 20 milyon funt-sterlinq olaraq göstərilib. Bununla belə, “Qalatasaray” onu icarəyə götürmək variantını da nəzərdən keçirə bilər.

Remzdeylə həmçinin “Vest Hem” və “Lids” də maraqlanır. 27 yaşlı futbolçu 2026-cı il Dünya Çempionatına yollanmaq ümidi ilə daim əsas heyətdə oynaya biləcəyi kluba keçmək istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right