Azərbaycanlı iş adamı Türkiyədə klub aldı baş məşqçisi də məlumdur

Sergey Yuran Türkiyənin "Serik Belediyespor" klubuna baş məşqçi təyin olunacaq.

Newsport.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, 2011-ci ildə Azərbaycanda "Simurq"un da baş məşqçisi olmuş 56 yaşlı mütəxəssis karyerasını Türkiyənin II Liqasında davam etdirəcək. Klubun 50%-lik payını daha əvvəl "Ximki"yə də sərmayə yatırmış iş adamı Tufan Sadıqov satın alıb. Sadıqov bu pay üçün 4 milyon avro ödəyib.

2024/25 mövsümündə komanda Türkiyə III Liqasının qalibi olub və növbəti mövsüm II Liqada çıxış edəcək.

Qeyd edək ki, yaxın günlərdə Yuranın baş məşqçi təyinatı rəsmi olaraq elan olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right