Mbappe "Zaltsburq"a qarşı oynaya biləcək

Mbappe "Zaltsburq"a qarşı oynaya biləcək.

Newsport.az “RMC Sport”a istinadən xəbər verir ki, bu barədə “Real”ın(Madrid) baş məşqçisi Xabi Alonso məlumat verib.

Onun dediyinə görə, fransız xəstəxanadan evə buraxılıb. O, əvvəllər mədə-bağırsaq iltihabına görə xəstəxanaya yerləşdirilmişdi. Mbappe klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda iştirak edəcək:

“Kilian indi daha yaxşıdır. O, iki gün əvvəl xəstəxanadan buraxılıb, bütün lazımi testlərdən keçib. Mbappe sağalır və "Zalstburq"la görüşdə meydana çıxması ilə bağlı daha nikbin oluruq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right