“Real”ın baş məşqçisi Xabi Alonso bu yay Madrid klubuna yeni yarımmüdafiəçi transferi ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda bu haqda düşünmədiklərini söyləyib:
“Yeni yarımmüdafiəçi? İndi bu barədə düşünmürük. Bütün diqqətimizi Klublararası dünya çempionatına yönəltmişik. Zamanla görəcəyik”.
İspaniya klubu bu yay üç sövdələşməni rəsmən tamamlayıb. “Kral klubu” Premyer Liqadan iki müdafiəçi ilə müqavilə imzalayıb: Trent Aleksander-Arnold (“Liverpul”) və Din Heysen (“Bornmut”). Bundan əlavə, “Real” Klublararası dünya çempionatından sonra komandaya qoşulacaq “River Pleyt”in yarımmüdafiəçisi Franko Mastantuononun transferini başa çatdırıb.