Azərbaycanlı futbolçu Polşadan ayrıldı, Asiya təmsilçinin formasını geyinəcək

Azərbaycanlı yarımmüdafiəçi Nazim Məmmədzadə Polşadan ayrılıb. 

Newsport.az xəbər verir ki, həmyerlimiz “Flota”da qalası olmayıb.

24 yaşlı futbolçu Qırğızıstana yollanıb. O, bu ölkənin “Alay” klubu ilə anlaşıb.

Qeyd edək ki, həmin komandada digər azərbaycanlılar İldar Ələkbərov, Ramin Əhmədov, Habil Nurəhmədov çıxış edir.

Nazim “Neftçi-2”, “Renova”(Şimali Makedoniya), “Marino Luanko”, “Moralo”(hər ikisi İspaniya), MOİK, “Qrobinya”(Latviya) klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right