"Real" almaniyalı futbolçunun transferindən imtina etdi

"Real" "Ştutqart"ın yarımmüdafiəçisi Anjelo Ştillerin transferindən imtina edib.

Newsport.az xəbər verir ki, "As" nəşrinin məlumatına görə, Madrid klubu 24 yaşlı futbolçunun namizədliyini transfer hədəfi kimi nəzərdən keçirib, lakin bu seçim sonradan rədd edilib. Qərarın səbəbləri açıqlanmayıb.

Daha əvvəl bildirilmişdi ki, "Ştutqart" Ştiller üçün ən azı 50 milyon avro tələb edir.

Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə klubun heyətində 47 oyuna çıxaraq 4 qol vurub və 11 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right