İspaniya millisinin baş məşqçisi Luis de la Fuentenin fikrincə, “Atletik”in 22 yaşlı yarımmüdafiəçisi Nikо Uilyams gələcəyin futbol əfsanələrindən biri ola bilər.
Newsport.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Uilyamsın dahi futbolçu olduğunu bildirib:
“Bu, başqa bir dahi futbolçudur. Uilyams tarixə düşə və futbol əfsanəsinə çevrilə bilər. Mənim üçün Nikо və Lamin Yamal kimi istedadlı gənclərlə işləmək böyük şərəfdir. Onlar bizə çox sevinc gətirir. Onlara uğurlar arzulayıram”.
İspaniyalı futbolçu son mövsümdə La Liqada 29 oyunda iştirak edib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.