“Bayern”in yarımmüdafiəçisi Joao Palinyanın çıxışını İngiltərə Premyer Liqasında davam etdirmək ehtimalı var.
Newsport.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
29 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır. Münhen klubu Palinyanı 30-35 milyon avro müqabilində satmağa hazırdır.
Portuqaliyalı futbolçu 2024/25 mövsümündə 24 oyunda meydanda olub. Onun “Bayern”lə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir.