“Real”da narazılıq: Sebalyos getməyə hazırlaşır

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos komandadan ayrılmağa hazırlaşır.

Newsport.az “Sport”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Klublararası dünya çempionatının qrup mərhələsində, “Əl-Hilal”la oyunda (1:1) əsas heyətə daxil edilmədiyi üçün məyus olub.

Maraqlısı budur ki, həmin qarşılaşmada o, komandanın sağlam vəziyyətdə olan yeganə oyunçusu idi, ancaq yenə də meydana çıxmayıb.

“Kral klubu”nun yeni baş məşqçisi Xabi Alonso Sebalyosa güvənmir və rəhbərlikdən başqa yarımmüdafiəçi transfer etməsini istəyir. Bu vəziyyət isə ispaniyalı futbolçunun komandadan ayrılmaq ehtimalını artırır.

Sebalyosun doğma klubu olan “Betis” onunla maraqlanır. Ancaq transferin baş tutmasına əsas əngəl maliyyə məsələləridir. “Transfermarkt” portalı onu 10 milyon avro dəyərində qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right