“Mançester Siti” Xusanovun icarəyə verilməsi təklifi ilə razılaşmayıb

“Mançester Siti” rəhbərliyi müdafiəçi Abdukodir Xusanovun icarəyə göndərilməsinə razılıq verməyib.

Newsport.az xəbər ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

“Lion” özbəkistanlı futbolçunu heyətinə qatmaq istəyirdi. Onun icarə əsasında Fransa klubuna verilməsi yarımmüdafiəçi Rayan Çerkinin transferi çərçivəsində həyata keçiriləcəkdi. “Lion” bu razılaşmanın bir hissəsi kimi Xusanovu pulsuz icarəyə götürmək hüququna malik olacaqdı. Ancaq “şəhərlilər” bu təklifə mənfi cavab veriblər.

21 yaşlı müdafiəçi “Mançester Siti”yə keçməzdən əvvəl Fransanın “Lans” klubunda çıxış edib. O, son mövsümdə Premyer Liqada 6 oyunda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right