Levandovski Avropanı tərk edə bilər

Robert Levandovskinin “Barselona” ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməsi mümkündür.

Newsport.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Kataloniya klubu 36 yaşlı forvardla olan sözləşmənin müddətini (2026-cı ilin yayına qədər nəzərdə tutulub) uzatmağı planlaşdırmır. Onun Yaxın Şərqə köçəcəyi ilə bağlı məlumat isə onu təmsil edən agentlərdən biri tərəfindən təsdiqlənib.

Polşalı futbolçu son mövsümdə “Barselona”nın heyətində 52 oyuna çıxaraq, 42 qol vurub və 3 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right