"Liverpul" "Bayer"in futbolçusu Florian Virtzin transferini tamamlayıb.
Newsport.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi artıq Liverpula gedərək tibbi müayinədən keçib.
Klubun futbolçunun transferini bugünlərdə açıqlayacağı gözlənilir.
22 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanacağı bildirilir.
Ehtimal edilir ki, bu transfer "Liverpul" tarixində ən bahalısı olacaq.
Qeyd edək ki, Virtz "Bayer"də 2020-ci ildən çıxış edir. O, son mövsümdə 43 oyuna 16 qol vurub, 15 qol ötürməsi edib.