İngiltərənin “Mançester Siti” klubu Premyer Liqa matçlarının vaxtında başlaması və davam etdirilməsi öhdəliyi ilə bağlı reqlamenti pozduğuna görə cərimələnib.
Newsport.az xəbər verir ki, qayda pozuntuları 2024/2025 mövsümündə 9 oyunda baş verib.
Bunlar “Sauthempton”, “Tottenhem”, “Nottingem Forest”, “Mançester Yunayted”, “Vest Hem”, “Nyukasl”la ev, “Kristal Pelas”, “Aston Villa” və “İpsviç”lə səfər görüşləridir. Maksimum gecikmə 2 dəqiqə 22 saniyə olub.
Cərimə 1,08 milyon funt-sterlinq təşkil edib.