Macarıstan millisinin üzvü "Liverpul"da

"Liverpul" "Bornmut"un müdafiəçisi Miloş Kerkezin keçidini həll edib.

Newsport.az xəbər  verir ki,  bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Premyer Liqa nəhəngi Macarıstan millisinin üzvü üçün onun klubuna 40 milyon avro təzminat ödəyəcək.  21 yaşlı sol cinah müdafiəçisi yeni klubu ilə  5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Miloş Kerkez ötən mövsüm "Bornmut"un heyətində keçirdiyi 41 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right