Akvilani B seriyası klubunda

İtaliya millisinin sabiq üzvü, hazırda məşqçi kimi fəaliyyət göstərən Alberto Akvilaninin yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, o, İtaliya B seriyasında mübarizə aparan "Katanzaro"nun baş məşqçisi təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı mütəxəssis ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Akvilani bu vəzifədə Fabio Kazertanı əvəzləyib.

Qeyd edək ki, Akvilani məşqçilik karyerasının uğurlu bir hissəsini “Fiorentina”nın gənclər komandasında keçirib. O, həmçinin  “Piza”da da çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right