Olcay Şahan baş məşqçi oldu

Türkiyə millisinin sabiq futbolçusu Olcay Şahan baş məşqçi kimi fəaliyyət göstərəcək.

Newsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssiss "Yeni Mersin İdmanyurdu"nun baş məşqçisi təyin olunub. Bu barədə 2-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Məşqçi ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Olcay Şahan futbolçu karyerasında əsasən "Beşiktaş"dakı çıxışı ilə tanınıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right