“Bayern” yenidən Leaoya yönəldi

“Milan” üçün Rafael Leaonu heyətdə saxlamaq asan olmayacaq. Portuqaliyalı istedad qitə nəhənglərinin maraq dairəsindədir.

Newsport.az xəbər verir ki, “Barselona” ilə danışıqların davam etdiyi bir vaxtda “Bayern” növbəti dəfə İtaliya klubuna təklif göndərib. Daha öncə də buna cəhd edən münhenlilər məbləği artırmaqla vəziyyəti dəyişəcəyinə ümid bəsləyir.

Niko Uilyamsı transfer edə bilməyən Almaniya təmsilçisi sol cinaha axtarışlarını davam etdirir. Leaodan razılıq alınmasa, PSJ-dən Bredli Barkola variantına baxılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right