Baş məşqçi postuna Tomas Frankı gətirən "Tottenhem" yeni mövsüm üçün transfer fəaliyyətini davam etdirir.
Newsport.az xəbər verir ki, Avropa Liqasının qalibi hücum xəttini "Kristal Pelas"da çıxış edən Ebereçi Eze ilə gücləndirməyi planlaşdırır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Tottenhem" İngiltərə millisinin üzvü üçün 60 milyon funt-aterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır. Futbolçu ilə "Mançester Yunayted" də yaxından maraqlanır.
Qeyd edək ki, Ebereçi Eze 2020-ci ilin yayından "Kristal Pelas"ın formasını geyinir. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.