"Barselona"nın prezidenti Joan Laporta klubun maliyyə vəziyyəti haqda danışıb.
Newsport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Klub rəhbəri Kataloniya təmsilçisinin borclarını azaltmağa çalışdıqlarını deyib:
"Biz büdcəmizi gücləndirmək üçün çalışırıq. Çəkdiyimiz iztirabların təkrarlanmasını istəmirik. Artıq stabillikdən müsbət nəticəyə keçmişik. Futbolçularımızın hamısı çox yüksək bazar dəyərinə malikdir. Bu, bizim hazırkı durumumuzu yaxşılaşdırır və gələcəyə zəmanət verir.
İqtisadiyyatın bərpası bizim çətinliklərə baxmayaraq həyata keçirdiyimiz strateji plana əsaslanır. Bu mövsüm 980 milyon avro gəlirimiz olacaq. Büdcə ilk dəfə olaraq 1 milyard avronu keçəcək. Biz borcumuzu azaltmağa çalışırıq və buna nail oluruq. İqtisadiyyatın bərpasının bu mərhələsini görməkdən məmnunuq".
Qeyd edək ki, "Barselona" son bir neçə mövsümdə maliyyə problemləri yaşayırdı.