Ernan Krespo Braziliya klubu ilə müqavilə imzalayıb

Argentina millisinin sabiq futbolçusu Ernan Krespo Braziliyanın A Seriyası təmsilçisi "San-Paulu" ilə anlaşıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı mütəxəssislə 2026-cı ilin dekabrına qədər müqavilə imzalanıb.

49 yaşlı məşqçi bu postda Luis Zubeldianı əvəzləyib.

Krespo ilə birlikdə onun köməkçiləri Xuan Branda və qapıçılar üzrə məşqçi Qustavo Nepote də Braziliya klubunda çalışacaq.

Qeyd edək ki, E.Krespo 2021-ci ildə də "San-Paulu"nu çalışdırıb. O, komandanı meydana çıxardığı 53 matçda 24 qələbəyə sevinib, 10 dəfə məğlub olub. Mütəxəssisin rəhbərliyi altında klub San-Paulu ştatının çempionluğunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right