"Mançester Siti"də yeni kapitan bəlli oldu

Kevin de  Brüynenin "Mançester Siti"dən ayrılmasından sonra komandaya yeni kapitan təyin olunub.

Newsport.az xəbər verir ki, "şəhərlilər"in əsas kapitanı Bernardo Silva olacaq.

Portuqaliya millisinin də üzvü olan yarımmüdafiəçi 9 ildir İngiltərə klubunda çıxış edir.

Komandanın başş məşqçisi Xosep Qvardiola dünən keçirilən mətbuat konfransında yeni kapitanla bağlı fikirlərini bölüşüb: "Bernardo bizim üçün inanılmaz dərəcədə vacib oyunçudur. Burada 9 il keçirib, heç bir zədəsi olmayıb, həmişə komanda üçün çətin anlarda addımlayıb. O, hər kəs üçün nümunədir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right