"Fənərbaxça" klubla müqaviləsi başa çatan Brayt Osayi-Samuellə bağlı qərar verib.
Newsport.az xəbər verir ki, İstanbul nəhəngi nigeriyalı müdafiəçi ilə yollarını ayıracaq. Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.
Klub Osayi-Samuelin maaş tələbini qəbul etməyib. Buna görə də 27 yaşlı sağ cinah müdafiəçisi ilə yeni sözləşmə imzalanmayacaq.
Qeyd edək ki, Brayt Osayi-Samuel 2021-ci ilin yanvar ayından "Fənərbaxça"da çıxış edir. Nigeriya millisinin üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində keçirdiyi 39 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.