Amerika investisiya qrupu “Fenway Sports Group” (FSG) “Xetafe” klubunu almaqda maraqlıdır.
AS qəzetinin yaydığı xəbərə görə, investorları klubun La Liqadakı nəticələri, bu yaxınlarda təsdiqlənmiş stadionun yenidən qurulması layihəsi və “Xetafe”nin dəqiq inkişaf planı, eləcə də ölkənin paytaxtı Madridə yaxınlığı cəlb edir.
2024-cü ilin iyul ayında FSG “Bordo”nun alınması ilə bağlı danışıqlar apardıqlarını bildirmişdi. Lakin stadionun kirayəsi ilə bağlı çətinliklər ucbatından sövdələşmə baş tutmamışdı.
“Liverpul”dan başqa, FSG beysbol və hokkey klublarının sahibidir.