“Milan” və “Barselona” iki oyunçunun transferi ilə bağlı razılığa gələ bilər. Sözügedən klublar qarşılıqlı maraqlarını nəzərə alaraq futbolçularını dəyişmək niyyətindədir.
Newsport.az xəbər verir ki, italiyalılar Rafael Leaonu transfer etməyə çalışan İspaniya nəhəngindən qarşılıq olaraq Ronald Arauxonu hədəfə alıb. Portuqaliyalı Kataloniyaya köçəcəyi halda uruqvaylı müdafiəçi də A Seriyasına gəlməlidir.
İspaniya çempionu baş məşqçi Hansi Flikin gözdən çıxardığı kapitanı ilə vidalaşmağa hazırdır. Amma “Milan” Leaonu daha üstün sayır və qarşı tərəfin əlavə maliyyə ödəməsini də tələb edir. Bu səbəbdən müzakirələr uzanır.