"Beşiktaş"ı "Başakşehir"ə dəyişəcək

"Beşiktaş"ın müdafiəçisi Onur Bulut İstanbulda klubunu dəyişəcək.

Newsport.az xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.

"Başakşehir" türk futbolçunun keçidini həll etmək üzrədir. "Beşiktaş" klubla 1 illik müqaviləsi qalan 31 yaşlı sağ cinah müdafiəçisinin satışından 500 min avro gəlir əldə edəcək.

Qeyd edək ki, "Beşiktaş" Onur Bulutu 2023-cü ilin fevral ayında "Kayserispor"dan transfer edib. Təcrübəli futbolçu ötən mövsüm "qara qartallar"ın heyətində keçirdiyi 25 oyunda 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right