"Barselona" Niko Uilyamsla razılaşdı

"Barselona" "Atletik"in futbolçusu Niko Uilyamsı transfer edir.

Newsport.az insayder Nikola Skiraya istinadən xəbər verir ki, artıq 22 yaşlı vingerlə müqavilə ilə bağlı razılıq əldə olunub.

İspaniya millisinin üzvü ilə yaxın günlərdə müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, Niko Uilyamsın Bilbao klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. O, "Atletik"də 2021-ci ildən indiyəqədər 167 oyun keçirib, 31 qol vurub və 30 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 70 milyon avro olaraq qiymətləndirir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right