“Latsio” futbolçusu Pedro ilə müqaviləni uzadıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı hücumçu ilə müddəti 2026-cı ilin yayına kimi olan müqavilə imzalanıb.
Pedro başa çatan mövsümdə A Seriyasında 30 oyunda 10 qol vurub.