“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan “Qalatasaray”ın maraq dairəsindədir.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, amma hazırda klublar arasında heç bir rəsmi danışıqlar aparılmır. Gündoğan bütün diqqətini Klublararası dünya çempionatına yönəldib.
34 yaşlı futbolçu son mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlərdə 50 oyunda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Almaniyalı oyunçunun “şəhərlilər”lə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.