Paytaxt klubunda yeni müqavilə

“Latsio” 37 yaşlı ispaniyalı futbolçu Pedro Rodriqeslə yeni müqavilə imzaladığını açıqlayıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya və Avropa çempionu ilə anlaşmanın müddəti 2026-cı yayına qədər uzadılıb.

Vinger 2021-ci ildən çıxış etdiyi Roma klubunda 176 oyuna çıxıb və 34 qola imza atıb.

Pedro “Barselona”nın yetirməsidir və bu komandanın heyətində 20 kubok qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right