Türkiyə klubu Çalhanoğlu üçün rəsmi təklif verib

“Qalatasaray” “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun transferi ilə bağlı rəsmi təklif irəli sürüb.

Newsport.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Türkiyə təmsilçisi 31 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır.

Ancaq Milan klubu bu məbləği kifayət qədər görmür. “İnter” mərkəz xəttinin əsas fiqurlarından olan Çalhanoğlunu 40 milyon avrodan yuxarı qiymətləndirir.

Türkiyə mətbuatının iddiasına görə, türk futbolçunun özü bu keçiddə maraqlıdır. O, uşaqlıqdan “Qalatasaray” azarkeşi olub və bunu heç vaxt gizlətməyib. Bu səbəbdən də, doğma vətəninə və sevimli klubuna keçmək istəyi real görünür.

Çalhanoğlu son A Seriyası mövsümündə “İnter”in heyətində 29 oyuna çıxaraq, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right