Futbol üzrə Klublararası dünya çempionatı davam edir.
Newsport.az xəbər verir ki, bu gün Mayamidə keçirilən oyunda PSJ və “Atletiko” (Madrid) üz-üzə gəlib. Oyun Paris təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Fabian Ruis (19-cu dəqiqə), Vitiniya (45+1), Senni Meyulyu (87) və Li Kan İn (90+7) vurub.
Daha öncə keçirilən “Əl-Əhli” – “İnter Mayami” oyununda 0:0, “Bayern” – “Oklend Siti” matçında isə 10:0 hesabı qeydə alınıb.