Ərəblərdən Osimhenə fantastik təklif

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Napoli”nin hücumçusu Viktor Osimhenin transferi üçün ciddiliyini qorumaqda davam edir. Nigeriyalı forvard daha əvvəl Ər-Riyad təmsilçisinin bir neçə sərfəli təklifini rədd edib, ancaq danışıqlar hələ də yekunlaşmayıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” Osimhenə illik 50 milyon avrodan çox maaş təklif etməyə hazırdır.

Bildirilir ki, klub əvvəlcə ona təxminən 40 milyon avro təklif etmişdi, ancaq oyunçu Avropada karyerasını davam etdirmək istədiyi üçün bunu qəbul etməmişdi.

26 yaşlı futbolçu ilə “Mançester Yunayted” və “Yuventus” kimi Avropanın top-klubları da maraqlanır. Bundan əlavə, “Qalatasaray” da Osimhenin transferində iddialılar sırasındadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right