Serbiya Super Liqasında 20-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Radnik"lə qarşılaşıb. Matç Subaşiçin komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Branimir bu qarşılaşmanın iştirakçısı olmayıb.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 18 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.