Ukraynalı futbolçu 60 milyon avroya PSJ-yə keçir

"Bornmut"un müdafiəçisi İlya Zabarnıy karyerasını Fransada davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, PSJ ukraynalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. PSJ 22 yaşlı mərkəz müdafiəçisi üçün İngiltərə klubuna 60 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Bornmut" İlya Zabarnıyı 2023-cü ilin yanvar ayında Kiyev "Dinamo"sundan transfer edib. Ukrayna millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol ötürməsi ilə yadda  qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right