"Çelsi"nin futbolçusu Rahim Sterlinq karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Newsport.az xəbər verir ki, "Beşiktaş" ingiltərəli vingeri heyətinə qatmağı planlaşdırır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul təmsilçisinin baş məşqçisi Ule Qunnar Sulşer Sterlinqi komandasında görmək istəyir. Norveçli mütəxəssis 30 yaşlı futbolçu ilə əlaqə saxlayaraq onu "Beşiktaş"a dəvət edib.
Qeyd edək ki, Rahim Sterlinq ötən mövssüm icarə əsasında "Arsenal"da çıxış edib. İngiltərə millisinin sabiq üzvü ötən mövsüm "topçular"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 5 məhsuldar öötürmə ilə yadda qalıb.