"İnter"in hücumçusu İranı tərk edə bilmir

"İnter"in hücumçusu Mehdi Taremi İranı tərk edə bilmir.

Newsport.az xəbər verir ki, buna səbəb İsrailin hücumu nəticəsində İranın hava məkanının bağlanmasıdır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

İranlı hücumçu hazırda Tehrandadır. İranın hava məkanı bağlı olduğuna görə Taremi klublararası dünya çempionatında iştirak etmək üçün ABŞ-yə gedə bilmir.

Qeyd edək ki, "İnter" klublararası dünya çempionatında ilk oyununu 18 iyun tarixində "Monterrey"ə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right