"Qalatasaray" Almaniya klubunun təklifini qəbul etmədi

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz Almaniya karyerasını Bundesliqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Leypziq" türk vingeri transfer etmək istəyir. Bu barədə "Milliyet" nəşri məlumat yayıb.

Almaniya klubu Barış üçün "Qalatasaray"a 18 milyon avroluq rəsmi təklif göndərib. İstanbul klubu bu təklifi qəbul etməyib. Onlar Türkiyə millisinin üzvünü 30 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Ankara  Keçiörengücü"dən transfer edib. 25 yaşlı futbolçu ötən mövsüüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 48 rəsmi matçda 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right