"Mançester Siti" futbolçusu üçün 50 milyon funt-sterlinq tələb edir

"Mançester Siti" Cek Qrilişlə yollarını ayırmağa hazırdır.

Newsport.az xəbər verir ki, "The Guardian"ın məlumatına görə, Mançester klubu 29 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq tələb edir, lakin hələlik heç bir rəsmi təklif daxil olmayıb. Əgər Qrilişi daimi əsasda transfer etmək istəyən klub tapılmasa, "şəhərlilər" onun icarəyə verilməsi variantını da nəzərdən keçirəcək.

Qrilişin "Mançester Siti" ilə mövcud müqaviləsinin bitməsinə iki il qalır və o, həftəlik təxminən 300 min funt maaş alır. Qeyd edək ki, "Mançester Siti" onu vaxtilə 100 milyon funt qarşılığında transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right