"Napoli"nin futbolçusu Viktor Osimhen "Əl-Hilal"la keçid barədə razılıq əldə edə bilməyib.
Newsport.az.az "Footmercato"ya istinadən xəbər verir ki, nigeriyalı hücumçu bu səbəbdən "Mançester Yunayted"lə danışıqları yenidən bərpa edib.
Tərəflər hazırda may ayında müzakirə olunan şərtlər üzərində danışırlar. 26 yaşlı oyunçunun illik maaşı 12 milyon avro, "Napoli"yə ödəniləcək təzminat isə 75 milyon avro təşkil edəcək.
Qeyd edək ki, başa çatan mövsümdə Osimhen icarə əsasında "Qalatasaray"da çıxış edib. O, komandanın heyətində 41 oyuna çıxaraq 37 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun "Napoli" ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.