"Yuventus" baş məşqçisi İqor Tudorla yeni müqavilə imzalayıb.
Newsport.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı mütəxəssis 2027-ci ilin 30 iyun tarixinə qədər komandanın baş məşqçisi olacaq. Müqavilədə əlavə olaraq daha bir il - 2028-ci ilin yayına qədər uzadılma imkanı da var.
Qeyd edək ki, "Yuventus" 2024/2025 mövsümünü İtaliya A Seriyasında 70 xalla 4-cü pillədə başa vurub. Çempion isə 82 xalla "Napoli" olub.